Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) dünyanın 50 ölkəsinə 13,9 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.
Ən çox ixrac gəliri əldə edən Azərbaycan şirkətləri - SİYAHI
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) dərc etdiyi "İxrac icmalı"nın oktyabr sayında qeyd edilib
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,5% azdır.
Hesabat dövründə “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 74%-ni təşkil edib.
Cari ilin sentyabr ayında isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
Bu ilin yanvar-sentyabr aylarında peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 4,4 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,9 milyon ABŞ dolları ilə Lüksemburq, 736,6 min ABŞ dolları ilə BƏƏ, 493,9 min ABŞ dolları ilə Türkiyə, 488,1 min ABŞ dolları ilə Rusiya qərarlaşıb. (Apa)