Azərkosmos və Aqrar Sığorta Fondu əməkdaşlıq memorandumu imzalayıb.
Bu ilin doqquz ayında Azərbaycanda 405 604 hektar əkin sahəsi sığortalanıb
FED.az xəbər verir ki, bu barədə Azərkosmos məlumat yayıb.
Əməkdaşlığın məqsədi peyk monitorinqi ilə quraqlıq, daşqın və iqlimlə bağlı digər fəlakətlər zamanı kənd təsərrüfatı sahələrinin üzləşəcəyi riskləri əvvəlcədən sığortalamaqdır.
Bu əməkdaşlıq sayəsində yerin məsafədən müşahidəsi və coğrafi informasiya həlləri və bitki örtüyü indekslərindən istifadə etməklə əkin sahələrində monitorinqin icrası, məhsuldarlıq proqnozlarının əldə edilməsi və hər hansı fəlakətlər zamanı dəymiş zərərin qiymətləndirilməsi mümkün olacaq.
Qeyd edək ki, aqrar sektorun sığortası ilə kosmik həllərin birgə istifadəsi təkcə sığortaçılara fayda vermir, həm də bütövlükdə kənd təsərrüfatı sektorunun dayanıqlılığını və maliyyə itkilərindən qorunmasını dəstəkləyir.