Kiberdələduzlar tərəfindən “Azercell” mobil operatoru adından saxta kampaniya həyata keçirilir.
Bəzi şirkətlərin adından saxta səhifə yaradılaraq “kampaniya” həyata keçirilir – XƏBƏRDARLIQ
FED.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Vətəndaşlardan onlara göndərilən saxta keçidə daxil olaraq, müəyyən addımları həyata keçirmələri və sonda hədiyyə qazanmaq üçün bu kampaniya barədə məlumatı vatsap vasitəsilə başqa şəxslərə göndərmələri tələb olunur.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara şübhəli keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməməyi, hər hansı şirkətin həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda, ilk növbədə, həmin şirkətlə əlaqə saxlamağı və ya şirkətin rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.