20.04.2025-ci il tarixində Lerik rayonunun inzibati ərazisinin bəzi hissələrində "Azercell Telekom" MMC-dən asılı olmayan səbəblərdən telekommunikasiya xidmətlərindən istifadə zamanı müvəqqəti çətinliklərlə qarşılaşılması mümkündür.
FED.az xəbər verir ki, bu barədə "Azercell" məlumat yayıb.
"Hazırda yaranmış halın aradan qaldırılması üçün müvafiq ərazidə telekommunikasiya şəbəkəsinin fəaliyyətini təmin edən fiber optik kabellərin zədələnmiş hissələrinin bərpası istiqamətində təcili tədbirlər görülməkdədir. Yaranmış narahatlığa görə təəssüf edir və bildiririk ki, tez bir zamanda xidmətlərdən tam normal əsaslarla istifadə edilməsi imkanı təmin ediləcəkdir"-deyə məlumatda bildirilir.