Ölkənin lider mobil operatoru "Azercell" özünün bəzi xidmətləri üçün xidmət haqqı müəyyən edib.
FED.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.
Açıqlamada deyilir:
"Azərcell Telekom" MMC tərəfindən təqdim olunan xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, müştərilərə təklif olunan xidmət və tariflərin optimallaşdırılması məqsədilə 13.01.2026-cı il tarixdən etibarən əldə edilən Simkredit xidmətlərinə yeni xidmət haqqı tədbiq edəcək.
FED.az xəbər verir ki, 1 AZN Simkredit üçün 0,30 AZN, 2 AZN Simkredit üçün 0,60 AZN, 2 AZN Simtaksit üçün 0,60 AZN, 3 AZN Simkredit üçün isə 0,90 AZN xidmət haqqı tətbiq oluanacaq.
Eyni zamanda "Simkredit", "Simtaksit", "Ekstra kredit" və "İnternet kredit" xidmətləri çərçivəsində göndərilən hər sorğuya 0,12 AZN haqq tətbiq ediləcək.










