Ölkənin aparıcı mobil operatoru olan "Azercell" şirkəti bu gün, mayın 27-də zənglərdə və bəzi xidmətlərdə yaranan problemlə bağlı açıqlama yayıb.
FED.az xəbər verir ki, açıqlamada bildirilir:
Abunəçilərimizin nəzərinə çatdırmaq istərdik ki, bəzi bölgələrdə zənglərin həyata keçirilməsində və bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərlə qarşılaşması mümkündür. Yaranmış narahatçılığa görə təəssüf edir və bildiririk ki, aparılan təkmilləşdirmə işləri ən qısa zamanda yekunlaşdırıldıqdan sonra xidmətlərdən tam normal əsaslarla istifadə edilməsi təmin ediləcək.