"Azərcell" 26 avqust 2024-cü il tarixindən bəzi ölkələrdə həm fakturalı xətt, həm də fakturasız (SimSİm) xətt sistemlərinə aid nömrələrdə rouminq xidmətindən istifadəyə görə rouminq sazişi mövcud olan operatorlar üzrə vahid xidmət haqqları tətbiq ediləcək.
FED.az xəbər verir ki, Çili, Kosta-Rika, Qvatemala, El Salvador, Uruqvay, və Puerto Rikoda istiqamətindən asılı olmayaraq daxil olan zəngin hər bir dəqiqəsinə görə xidmət haqqı 50 qəpik təşkil edəcək.
Bütün istiqamətlərə edilən zəngin hər bir dəqiqəsinə görə xidmət haqqı 3 manat olacaq.
Mobil internet xidmətinin hər mb-nin qiyməti isə 6 manat təşkil edəcək.
Qeyd : Abunəçilər Rominq xidməti, tarifləri, həmçinin Rominqdə İnternet Paketlərinin sifarişi və istifadə şərtləri, o cümlədən "Azercell Telekom" MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.