İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2024- cü ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilən xidmətlərin dəyəri real ifadədə 9,4 faiz artaraq 505,0 milyon manat təşkil edib.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin cari ilin yanvar-fevral ayları üzrə hesabatına görə, bu məbləğin 71 faizi əhali tərəfindən istehlak olunub.
Xidmətlərdən əldə edilən gəlirin 37,1 faizi və ya 187,5 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.