“Azercell” 1 dekabr 2025-ci il tarixdən etibarən “GigaMax” və “GigaMax+” internet paketləri üzrə sürət limitlərini aradan qaldırır.
FED.az xəbər verir ki, sözügedən paketlər aşağıdakı şərtlərlə təqdim olunacaq:
|
İnternet paketin adı |
İstifadə müddəti |
Maksimal sürət (mb/s) |
Qiymət (AZN ƏDV daxil) |
Təqdim edilən həcm |
|
“GigaMax” |
30 gün |
Limitsiz |
18,9 |
60 GB |
|
“GigaMax+” |
30 gün |
Limitsiz |
28,9 |
80 GB |
Göstərilən şərtlər müvafiq paketlərin növbəti yenilənməsindən sonra tətbiq ediləcək.
"Azercell" bildirir ki, bu dəyişiklik “GigaMax” və “GigaMax+” internet paketləri çərçivəsində təqdim edilən internetdən istifadə sürəti artırılaraq daha rahat və əlverişli istifadə imkanı yaradır. Eyni zamanda abunəçilərin həmin paketlər çərçivəsində təqdim edilən həcm bitdikdən sonra istifadə müddətinin sonunadək 256 kb/s sürət həddində limitsiz həcmdə, əlavə ödəniş etmədən yararlanmaq imkanı olacaq.
Bundan başqa, istifadə müddəti başa çatmamış “GigaMax” və “GigaMax+” internet paketləri çərçivəsində təqdim edilən həcm bitdikdə abunəçilər həmin paketləri yeniləmək imkanına da malik olacaq.
“GigaMax” və “GigaMax+” internet paketlərinin digər şərtləri, o cümlədən “Azercell” MMC-in digər xidmətləri barədə ətraflı məlumatları şirkətin rəsmi internet səhifəsindən almaq olar.












