11.04.2025-ci il tarixindən etibarən "Azercell Telekom" MMC-nin fakturasız (SimSim) və fakturalı xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş "NNTV" xidməti ləğv ediləcək.
FED.az xəbər verir ki, xidmətin ləğv ediləcəyi tarix nəzərə alınmaqla xidmət üzrə növbəti aylıq, həftəlik (xidmətin ləğv ediləcəyi tarixdən 7 gün əvvəl), həmçinin günlük (xidmətin ləğv ediləcəyi tarixdən 24 saat əvvəl) yenilənmələrə məhdudiyyət qoyulacaq
. Həmin tarixədək "NNTV" xidmətinə qoşulmuş istifadəçilər növbəti yenilənməyə qədər xidmətdən istifadə edə biləcəklər.
Abunəçilərə "Azercell Telekom" MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX və ya Eksklüziv ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.