"Azərcell" 3 tarif paketində dəyişikliklər edir.
FED.az xəbər verir ki,təqdim edilən telekommunikasiya xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi məqsədi ilə 14 yanvar 2025-ci il tarixindən etibarən, “Azercell Telekom” MMC-nin fakturalı xətt sistemində korporativ abunəçilərə təqdim edilən “My Business 2”, “Sizin Tarif +” və “Biznesim Region” tarif paketlərində aşağıdakı dəyişikliklər tətbiq ediləcək:
Tarif |
Şəbəkədaxili zəngin 1 dəqiqəsi (ƏDV daxil) |
Şəbəkəxarici zəngin 1 dəqiqəsi (ƏDV daxil) |
|
“My Business 2” |
0,07 AZN |
0,07 AZN |
|
“Sizin Tarif +” |
0,07 AZN |
0,07 AZN |
|
“Biznesim Region” |
Bölgələrdə |
0,05 AZN |
0,05 AZN |
Bakı və Abşeronda |
0,07 AZN |
0,07 AZN |
Qeyd: Abunəçilər göstərilən dəyişikliklər, tarif paketlərinin şərtləri, sifarişi, başqası ilə əvəz etmə və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX və ya Eksklüziv ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər. Korporativ abunəçilər xüsusi Müştəri Xidmətlərinə ((012)4904940 – şəhər telefonundan, 6050 – mobil telefondan (1 zəng – 0,1 AZN); Bazar ertəsi - Cümə, 09:00 - 18:00; Şənbə, 09:00 - 16:00; e-poçt: [email protected]) müraciət edərək mövcud tariflər, kampaniyalar və xidmətlər haqda məlumat öyrənə, müxtəlif əməliyyatlar həyata keçirə və texniki dəstək ala bilərlər.