"Azercell Telekom" MMC 2020-ci ili 104 milyon 166 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2019-cu ili 101 milyon 178 min manat xalis mənfəət ilə bağlamışdı (2 milyon 988 min manat və ya 3% artıb).
FED.az şirkətin 31 dekabr 2020-ci il tarixində başa çatan il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarına istinadən xəbər verir ki, Azercell-in əsas əmaəliyyat gəlirləri 2019-cu ildə 435 milyon 681 min manat ikən 2020-ci ildə 455 milyon 381 min manata yüksəlib. Beləliklə, 2020-ci ildə 2019-cu illə müqayisədə şirkətin əsas əməliyyat gəlirləri 19 milyon 700 min manat və ya 4,5% artıb.
2020-ci ildə "Azercell Telekom"un cəmi əməliyyat gəlirləri (maliyyə gəlirləri və digər gəlirlər daxil) 457 milyon 560 min manat, cəmi əməliyyat xərcləri 308 milyon 417 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 149 milyon 143 min manat təşkil edib. Şirkət əməliyyat mənfəətindən 44 milyon 977 min manat mənfəət vergisi ödəyib. (Marja)