"Azercell Telekom" MMC iki kampaniyanı və üç xidmətini ləğv edir.
FED.az xəbər verir ki, 30 iyul 2024-cü il tarixindən etibarən təqdim edilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və müştərilərə təklif olunan xidmətlərin optimallaşdırlması məqsədi ilə "Azercell Telekom" MMC-nin fakturasız (SimSim) və fakturalı xətt sisteminin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş "Tiktok internet paketi" və "Günlük Bölgə" kampaniyaları ləğv ediləcək.
Həmin kampaniyalara qoşulmuş abunəçilər müvafiq kampaniya çərçivəsində təqdim edilən paketlərdən istifadə müddəti bitənədək istifadəyə davam edə biləcəklər.
30 iyul 2024-cü il tarixindən etibarən "Azercell Telekom" MMC-nin fakturasız (SimSim) və fakturalı xətt sisteminin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş "Duet Kart", "Əkiz Kart" və "Video Zəng" xidmətləri ləğv ediləcək.
"Duet Kart" və "Əkiz Kart" xidmətindən istifadə edən abunəçilər 30 iyul 2024-cü il tarixinədək Müştəri Xidmətlərinə yaxınlaşaraq ödənişsiz əsaslar ilə SIM kart dəyişikliyi əməliyyatını həyata keçirə bilərlər.
Qeyd: Abunəçilər müxtəlif güzəştli danışıq, internet xidmətləri ilə də bağlı əlverişli istifadə şərtləri olan digər paketlərdən yararlana, həmçinin internet və danışıq dəqiqələrinin bir araya gəldiyi sərfəli tarif paketlərindən istifadə edə bilərlər. Abunəçilər göstərilən dəyişikliklər, tarif paketlərinin şərtləri, sifarişi, başqası ilə əvəzetmə və imtina qaydası barədə, o cümlədən "Azercell Telekom" MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.