"Azercell Telekom” MMC tərəfindən təqdim edilən telekommunikasiya xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi, abunəçilərə yeni xidmətlərin təqdim edilməsi, habelə mövcud xidmətlərin təkmilləşdirilməsi məqsədi ilə “Kinon”xidmətində dəyişikliklər edəcək.
FED.az xəbər verir ki, 25 noyabr 2024-cü il tarixindən etibarən “Kinon” xidməti daxilində 240-dan çox yerli və xarici kanallar və “Amediateka”abunəliklərindən əlavə “Wink”, “Viju” və “Premier” adlı 3 yeni Onlayn kinoteatr, həmçinin bütün Onlayn kinoteatrları özündə birləşdirən yeni “Kinon Plus” paketi abunəçilərin istifadəsinə verilir.
“Kinon” xidmətinin paketləri:
Paketin adı |
Qiymət (AZN ƏDV daxil) |
Paketə daxildir |
“Kinon” (günlük) |
0,40 |
240-dan çox yerli və xarici kanallar |
"Kinon" (aylıq) |
8,99 |
240-dan çox yerli və xarici kanallar |
"Kinon Plus" (günlük) |
1,00 |
240-dan çox yerli və xarici kanallar, "Viju", "Premier" və "Wink" xidmətləri |
"Kinon Plus" (aylıq) |
15,99 |
240-dan çox yerli və xarici kanallar, "Viju", "Premier", "Amediateka" və "Wink” xidmətləri |
“Amediateka” (aylıq) |
3,99 |
"Kinon" tətbiqi daxilində "Amediateka" xidməti |
"Viju" (aylıq) |
3,99 |
"Kinon" tətbiqi daxilində "Viju” xidməti |
"Premier" (aylıq) |
2,99 |
"Kinon" tətbiqi daxilində "Premier” xidməti |
"Wink" (aylıq) |
3,99 |
"Kinon" tətbiqi daxilində "Wink” xidməti |
Qeyd edilən tarixdən etibarən “Kinon+Amediateka” paketi (həmin paket daxilində təqdim edilən pulsuz 5 GB internet paketi, 14 günlük pulsuz sınaq müddəti və “Amediateka” xidməti) ləğv olunacaq. “Kinon+Amediateka” paketi növbəti yenilənmə tarixindən avtomatik qaydada “Kinon” paketi ilə əvəz ediləcək.
Qeyd: Abunəçilərə göstərilən dəyişikliklər, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX və ya Eksklüziv ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər. Korporativ abunəçilər xüsusi Müştəri Xidmətlərinə ((012)4904940 – şəhər telefonundan, 6050 – mobil telefondan (1 zəng – 0,1 AZN); Bazar ertəsi - Cümə, 09:00 - 18:00; Şənbə, 09:00 - 16:00; e-poçt: [email protected]) müraciət edərək mövcud tariflər, kampaniyalar və xidmətlər haqda məlumat öyrənə, müxtəlif əməliyyatlar həyata keçirə və texniki dəstək ala bilərlər.