Azərbaycanın rəqəmsal siyasətlə, innovasiyalarla bağlı növbəti illər üçün dövlət strategiyasının istiqamətləri açıqlanıb.
Şəxsiyyət vəsiqəsi də rəqəmsal olacaq - QANUNLAR DƏYİŞƏCƏK
FED.az xəbər verir ki, bu barədə Bakıda keçirilən "Azərbaycan Insurtech Zirvəsi"ndə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
Nazir bildirib ki, dövlətin strategiyası üç əsas istiqamət üzərində qurulub: "Bunlara elektron hökumətin təkmilləşdirilməsi, datanın bizneslər üçün əlçatan olması daxildir. Həmçinin rəqəmsal cəmiyyətin formalaşdırılması da əsas istiqamətlərdəndir ki, bu da dövlət-biznes, cəmiyyət-biznes arasındakı əlaqələrin daha uğurlu tənzimlənməsinə imkan verəcək. Ölkəmizdə bu istiqamətdə bir sıra işlər aparılır, layihələr gerçəkləşdirilir". (Azərtac)