“Biz Gürcüstan və Moldova bazarlarındakı İP və analoq kameraların satış göstəricilərini görəndən sonra araşdırdıq ki, Azərbaycanda İP kameraların satışı 50 faizdən aşağıdır”
FED.az xəbər verir ki, bunu “Videomüşahidə dünyasındakı yeniliklər bizə nə qazanc vəd edir?” adlı seminarda "Araznet" MMC-nin rəhbəri Surxay Ələkbərov deyib.
S.Ələkbərov bldirib ki, Gürcüstan və Moldova bazarında İP kameraların satışı 95 %, analoq kameraların satışı isə 5 %-dir:
“Bu göstəricidən sonra araşdırdıq ki, Azərbaycanda vəziyyət necədir. Çünki Gürcüstan və Moldovanın iqtisadiyyatı bizdən zəifdir. Aydın oldu ki, Azərbaycanda bu göstərici 50 faizdən aşağıdır. Araşdırmada məlum oldu ki, bizdə kamera ustaları demək olar ki, İP kameraları quraşdıra bilmirlər. İP kameraları quraşdıra bilməyəndən sonra həmin ustalar təbii ki, yalnız analoq təklifi verəcək. Buna görə biz də bu səpkidə yanvar ayından akademiyaya start verdik. Hazırda akademiya həftədə 2-3 dəfə təlim keçirir. Akademiya 2022-ci il təlim ili olduğu üçün ödənişsiz olaraq davam edəcək”.
Qeyd edək ki, hazırda davam edən tədbirdə videomüşahidə dünyasındakı yeniliklər və digər mövzular müzakirə edilir.