“Apple”ın bir qrup əməkdaşı katoliklərin mövlud günü ərəfəsində müştəriləri şirkətin məhsullarını boykot etməyə çağırıblar.
Eləcə də bax: “Apple” işçilərinin ofisə qayıtmasını yenidən - TƏXİRƏ SALIB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, məlumatı “Business Insider” yayıb.
Aksiyaçılar şirkətin onlara hörmət etməsini, iş şəraitinin yaxşılaşdırılmasını, xəstələrə ödənişin edilməsini, psixoloji yardımın edilməsi kimi tələblər irəli sürüblər.
Bu təşəbbüsə qoşulanların sayı hələ ki məlum deyil.