“Apple” şirkəti altıncı nəsil (6G) rabitə şəbəkələrinin yaradılması ilə bağlı işçi axtarışına başlayıb.
FED.az xəbər verir ki, bu barədə “Bloomberg” şirkətin “5G/6G simsiz sistemlər üçün tədqiqat mühəndisi” vəzifəsi üçün vakansiyasına istinad edərək məlumat yayıb.
Eləcə də bax: "Huawei" smartfon istehsalını - 60% Azaldacaq
Gələcək “Apple” işçilərinə “yeni nəsil (6G) simsiz rabitəni araşdırmaq və inkişaf etdirmək”, “6G texnologiyasına dair sənaye və akademik forumlarda iştirak etmək” tapşırıqları həvalə olunacaq.
Agentliyin məlumatına görə, tədqiqatçı qrup “yaxın on ildə” yeni şəbəkənin yaradılması ilə məşğul olacaq.
“Bloomberg” yazır ki, mütəxəssislər 6G rabitə şəbəkələrinin 2030-cu ildə işə salınacağını proqnozlaşdırırlar.