Son iki ildə təhlükəli tullantıları 3 dəfə azaltmışıq.
Azercell “GSMA M360 2024” konfransı çərçivəsində ilk ESG hesabatını - TƏQDİM ETDİ
FED.az xəbər verir ki, bunu "Azercell Telekom” MMC-nin Hüquq, Etika və Komplayens departamentinin baş direktoru Şirin Əliyeva "Azercell Telecom" MMC-nin "Dayanıqlı inkişaf: çağırışlar və həllər" mövzusunda keçirilən tədbirində deyib.
O bildirıb ki, 2024-cü ilin sonuna qədər 37 hibrid rejimdə günəş işığından istifadə edən stansiyaların qurulmasını planlayırıq. Azercell-in azad edilmiş ərazilərdə günəş enerjisi ilə çalışan baza stansiyalarının sayı artıq 15-ə çatır, ümumi ölkə üzrə isə 17-yə.
Son iki ildə təhlükəli tullantıları 3 dəfə azaltmışıq. Baza stansiyalarımızda istifadə olunmuş bateryalarımızı yenidən istehsal edirik, bu da öz növbəsində tullantıları azaldır.
Bundan başqa yaşıl ofis siyasəti aparırıq. 2016-cı ildən bəri yaşıl ofis siyasətinə keçmişik. Kağız tullantıların azalmasını hədəfləryiriik.
"Kibertəhlükəsizlik sahəsində məlumatların qorunması bizim üçün çox önəmlidir. 5 milyondan çox müştərilərin fərdi məlumatlarının qorunması bizim üçün prioritet məsələdir" - deyə Şirin Əliyeva əlavə edib.