2022-ci il üzrə reklam gəlirlərinin miqdarı 144 milyon manat civarında olmuşdur.
Bakıda binalarda yerləşdirilən reklam qurğularına dair xüsusi tələblər müəyyən olunub
FED.az xəbər verir ki, bu barədə KOBİA idarə heyəti sədrinin birinci müavini Natiq Həsənov 19 dekabr Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi tərəfindən Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə deyib.
O öz çıxışında bildirib ki, hər bir biznesin əsas məqsədi öz mal və xidmətlərini tanıtmaqdır və reklamçılıq bu istiqamətdə böyük rol oynayır.
Natiq Həsənov qeyd edib ki, İKT inkişafı reklam sahəsində də özünü göstərir.
Statistikaya nəzər salsaq 2022-ci il üzrə reklam gəlirlərinin miqdarı 144 milyon manat civarında olmuşdur. Eyni zamanda son illər ərzində də reklam sahəsində kifayət qədər dinamik inkişaf qeydə alınıb. Sözü gedən 2022-ci ildə əldə olunan gəlirlərin ÜDM daxilində payı 0.1% miqdarındadır. Bu o deməkdir ki, reklam sahəsinin inkişafında geniş potensial mövcuddur.
Reklam sahəsi ilə əlqəli fəaliyyət barəsində Natiq Həsənov vurğulayıb ki, "Sahə ilə bağlılığımız 2 prizmadan görürük. Reklam sahibkarların mal və xidmətlərini tanıtmaq və satışının həyata keçirilməsi üçün xüsüsi rol oynayır. 2-ci prizmadan baxdıqda reklam sahəsində çalışanlar da biznes sahibləridir".