Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən "Azercell Telekom" MMC-yə məxsus mobil telefon nömrələrinin satışı üzrə hərrac keçiriləcək.
FED.az xəbər verir ki, dekabrın 5-də keçiriləcək hərracda "Azercell Telekom" MMC-yə məxsus 30 mobil telefon nömrəsi satışa çıxarılacaq.
Mobil telefon nömrələrinin qiyməti 1000 manatdan 75 min manatadək dəyişir.
Ən bahalı nömrələrdən biri (+994) 10 333 33 33-dür.
Bundan başqa, 36 min manata, 15 min manata, 10 min manata, 4-6 min manata və ya 1000-2000 manatadək qiymətə nömrələr satışa çıxarılıb.
Satışa çıxarılan "Azercell Telekom" mobil telefon nömrələri – SİYAHI