Çinin məşhur texnologiya şirkəti, smartfonlardan sonra bir qədər əvvəl televizorlar bazarına da daxil olan Xiaomi şirkətinin satışları 53 dəfə artıb, şirkət təkcə Hindistanda 7 milyon ədəd «ağıllı» televizor satıb.
FED.az xəbər verir ki, oktyabrın sonunda Xiaomi Çində 4K ekranlı «Redmi Smart TV X 2022» televizorunun satışına başlayıb, onların qiyməti 420 dollardan başlanır.
Televizorlar 4K ULTRA HD formatı ilə təchiz edilib və ekran sıxlığı 3840 x 2160 pikseldir. Bu qurğular Dolby Vision, FreeSync Premium və MEMC proqramlarını dəstəkləyir, operativ yaddaşı 3 GB-dır. 55 və 65 düymlük modellər isə metal korpusda buraxılıb.
Televizorların texniki göstəriciləri və qiyməti rəqiblərini sıxışdırmağa imkan verib. Bir qədər əvvəl Xiaomi India elan edib ki, təkcə hindistan bazarında 7 milyonuncu televizor satılıb. Bayram günlərində isə satışlar 53 dəfə artıb, təkcə 3 gündə şirkət 100 min televizor satıb.