Qazaxıstan yaxın aylarda özünün yeni super kompüterinin yaradılmasına 40-50 milyon ABŞ dolları yatırım edəcək.
NVIDIA zirvəyə, Meta isə enişə keçdi : Səhmlərin qiyməti necə dəyişdi? - YENİ QİYMƏTLƏR
FED.az xəbər verir ki, bunu rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye nazirinin müavini Kanış Tuleuşin söyləyib.
Onun sözlərinə görə, üç ay ərzində ölkəyə “Nvidia” şirkətinin 64 klaster super kompüterləri gətiriləcək. “Çiplərin ilk partiyası artıq çatdırılıb. Gələcəkdə yeni “Nvidia H200” çiplərinin alınması planlaşdırılıb”, - deyə o söyləyib.
Super kompüter təhlükəsizliyin bütün tələblərinə cavab verən yeni Məlumatların Emalı Mərkəzinin bazasında quraşdırılacaq. (Azərtac)