Aprelin 7-də Milli Televiziya və Radio Şurasının iclası keçirilib.
Eləcə də bax: Qarabağda televiziyaların və 3 radionun yayımı təmin olunub
FED.az xəbər verir ki, MTRŞ-dan bildirilib ki, iclasda işğaldan azad olunmuş ərazilərdə radio yayımın təşkili məsələləri müzakirə olunub, Qarabağda yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə 10 fevral 2021-ci il tarixdən 12 mart 2021-ci il tarixədək elan olunmuş müsabiqənin nəticələri açıqlanıb.
Müsabiqə çərçivəsində 7 iddiaçı Şuraya sənədlərini təqdim edib:
"Real Təhlil İnformasiya Mərkəzi" MMC;
"Caspian İnternational Broadcasting Company" MMC;
"Balans Studiyası" MMC;
"İNS ÇM" MMC;
"İsti Press" MMC;
"Azad Azərbaycan" Müstəqil Teleradio kompaniyası;
"ARB 24" MMC.
Geniş müzakirələrdən sonra digər iddiaçılarla müqayisədə müxtəlif dillərdə yayım aparmaq üçün üstün imkanlara, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan "Caspian İnternational Broadcasting Company" Məhdud Məsuliyyətli Cəmiyyətinin ("CBC FM" radio kanalı) müsabiqənin qalibi elan olunması barədə qərar qəbul olunub.