Azərbaycanın işğaldan azad edilmiş ərazilərə müntəzəm səfərlərlə bağlı sayt yaradılıb.
Eləcə də bax: Bakıdan Şuşa və Ağdama avtobus səfərlərinin qrafiki və qiymətləri - AÇIQLANIB - FOTO
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, yolumuzqarabaga.az saytını Dövlət Turizm Agentliyi yaradıb.
İnternet resursunun bu gündən işə düşəcəyi gözlənilir.
Xatırladaq ki, yanvarın 24-dən Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir. Nəzərdə tutulan marşrut xətləri Bakı - Şuşa - Bakı, Əhmədbəyli - Şuşa - Əhmədbəyli, Bakı - Ağdam - Bakı və Bərdə - Ağdam - Bərdədir. Sərnişindaşımada sistemliliyin, növbəliliyin təmin edilməsi, kvotalara ciddi riayət edilməsi, müvafiq məlumat bazasının formalaşdırılması üçün marşrut xətləri üzrə bilet satışının onlayn qaydada həyata keçirilməsi nəzərdə tutulur.