Elan edilməsindən 5 ay sonra Telegram Premium abunəçilərinin sayı 1 milyon nəfəri keçib.
“Instagram”da paylaşımları planlamaq - MÜMKÜN OLACAQ
FED.az xəbər verir ki, bu barədə Telegram-ın sahibi Pavel Durov məlumat verib.
Xatırladaq ki, Telegram-ın daha geniş funksiyalara malik pullu versiyası olan Telegram Premium 2022-ci ilin iyununda elan edilib.
Durov bu irəliləyişi ən uğurlu abunə yazılışlarından biri adlandırıb, bununla yanaşı elan edib ki, hələlik pullu abunə şirkətin gəlirlərini ylanız bir hissəsini təmin edir.
Durov onu da bildirib ki, messencerin monetizasiyası gözləntiləri aşıb və Telegramı özünümaliyyələşdirmə yoluna çıxarıb.
Xatırladaq ki, hələ 5 ay əvvəl, pullu abunə yazılışı başlayanda Durov elan etmişdi ki, «Telegram»ın bütün xərclərini ödəmək üçün istifadəçilərin 2,5-3%-i pullu abunə yazılmalıdırlar. Bu isə 17-21 milyon nəfər deməkdir.