100 milyondan çox aylıq istifadəçi sayı ilə dünyanın ən çox oynanılan oyunlarından olan PUBG keçən ay 146 milyon dollardan çox gəlir əldə edərək sektorda ən çox gəlir əldə edən mobil oyun oldu.
Eləcə də bax:Azercell-dən gənc İT mütəxəssislərinə dəstək
Oyunun gəlirləri yalnız oyunçuların aldığı istifadəçi pakterlərindən və əlavə oyun funksiyalarının istifadəsindən deyil. PUBG-nin Çin versiyası olan Game For Peace oyunu da gəlir artışı yaşayıb. PUBG keçən ay ümumilikdə 146 milyon dollar gəlir əldə edibki, bu gəlirin 70 milyon dolları Çin üçün yaradılan versiyadan əldə edilib.
PUBG-nin Çin versiyası milliyətçi özəlliklərə sahibdir və daha az qan səhnələri yer alır. Məsələn PUBG-də ölən oyunçunun qan hovuzunda ölməsi səhnəsi Çin versiyasında yoxdur.
@Techland.az