“Azərbaycan bu gün 100 faizlik genişzolaqlı internet əhatə dairəsi ilə regionda lider mövqe tutur. Rəqəmsal şəxsiyyət sahəsində də ölkəmiz qabaqcıl ölkələr sırasındadır”.
Elxan Əzizov: "22 bankdan 15-də “SİMA”dan istifadə olunur"
FED.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının iştirakçılarına müraciətində bildirib.
Dövlət başçısı vurğulayıb ki, “SİMA” adlı biometrik rəqəmsal imza sistemi artıq 3,6 milyon istifadəçi tərəfindən qəbul edilib, 80-dən çox dövlət informasiya sisteminə inteqrasiya olunub: “Təsadüfi deyil ki, Azərbaycan BMT-nin "Elektron Hökumətin İnkişafı İndeksi"nin ən yüksək kateqoriyası qrupuna daxil olmuşdur. Məqsədimiz növbəti beş il ərzində bu indeksdə ilk 40 ölkə sırasında yer almaqdır”.












