Prezident İlham Əliyev “Poçt haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
"Azərpoçt" I yarımilin maliyyə nəticələri haqda - BRİFİNQ KEÇİRİB
FED.az xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra milli poçt operatoru (indiki halda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC) maliyyə xidmətləri göstərdiyi binada (o cümlədən filial və şöbələrin yerləşdiyi binada) Azərbaycan Mərkəzi Bankından (AMB) aldığı lisenziyanın (icazənin) surətini yerləşdirəcək, maliyyə xidmətləri və onların şərtləri barədə məlumatların müqavilə bağlanılmazdan əvvəl müştərilər üçün əlçatanlığını və həmin məlumatların başadüşülən formada əldə edilməsini təmin edəcək.
AMB "Azərpoçt"un maliyyə xidmətləri sahəsində informasiya təhlükəsizliyinin təmin edilməsinə dair minimum tələblər müəyyən edəcək.
Milli poçt operatorunun maliyyə xidmətləri sahəsində fəaliyyəti üzərində nəzarət tədbirləri, o cümlədən aparılan yoxlamalar “Mərkəzi Bank haqqında” qanuna uyğun həyata keçiriləcək.
Milli operator operatoru tərəfindən prudensial normativlərin və tələblərin pozulmasını, onun maliyyə xidmətləri sahəsində fəaliyyətini bu qanunun, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun, AMB-nin normativ xarakterli aktlarının tələblərini pozmaqla həyata keçirməsini, AMB-nin verdiyi lisenziya və icazəyə daxil edilmiş məhdudiyyətlərin pozulmasını müəyyən etdikdə, yaxud bu cür pozuntulara səbəb ola biləcək əsaslar aşkar etdikdə, o cümlədən “Mərkəzi Bank haqqında” qanuna müvafiq olaraq əsaslandırılmış mülahizə hüququndan istifadə edilərkən pozuntunun xarakterindən asılı olaraq Mərkəzi Bankın milli operatora qarşı aşağıda göstərilən təsir tədbirlərini tətbiq etmək hüququ var.