Yaponiyanın texnologiya nəhəngi Sony maraqla gözlənilən yeni oyun konsolu modeli PlayStation 5-in (PS5) qiyməti haqqında önəmli ipucu verib.
Eləcə də bax: Azərbaycana gətirilən mobil telefonların sayı – 10 QAT AZ GÖSTƏRİLİRMİŞ
FED.az xəbər verir ki, ötən aylarda PS5-in 2020-ci ilin sonunda satışa çıxacağı açıqlanan oyun konsolunun qiymətinin nə qədər olacağı maraqla gözlənilir.
Sony-dən verilən məlumatda məhsulun qiyməti haqqında dəqiq rəqəm göstərilməsə də, önəmli ipucu verilib. Belə ki, PS5-in 399 dollardan satışa çıxmasının o qədər də real olmayacağı açıqlanıb.
Başqa sözlə desək, PS5-in 400 dollardan baha olacağı rəsmiləşib.
Qeyd edək ki, RuthenicCookie yeni oyun konsolunun Ryzen 8 Core prosessoru ilə təmin ediləcəyini bildirib. Konsolun xüsusiyyətləri arasında ən çox maraq doğuran TFLOPS göstəricisidir. Analitiklər hesab edirlər ki, PS5in göstəricisi 10 TFLOPS-dan daha yüksək olacaq.
Xbox Scorpio-nun 6, PS4 Pro-nun 4.2 TFLOPS olduğunu nəzərə alsaq, bu, həqiqətən, çox ciddi fərqdir.
TED