«Philips» şirkətİ itkiləri fonunda 2025-ci ilə qədər 6000 işçini işdən çıxaracaq.
Dünyanın texnoloji şirkətləri - 25 mindən çox işçini ixtisar edib
FED.az xəbər verir ki, tibbi avadanlıq və məişət texnikası bazarında dünya lideri olan «Royal Philips» altı min əməkdaşını ixtisar edəcək - şirkət ixtisar prosesini 2025-ci ilə qədər başa çatdırmağı planlaşdırır.
Şirkət açıqlayıb ki, bu qərarına səbəbi üzləşdiyi itkilərdir.
Belə ki, «Philips»in buraxdığı avadanlıqların bir hissəsi qüsurlu olub və şirkəts böyük itkilərdə üzləşib.
Yuxuda tənəffüs pozğunluğu olan xəstələr üçün lazım olan qüsurlu ventilyatorların böyük partiyasını geri çağırması səbəbindən şirkətin itkiləri kəskin artıb.
«Philips» ilk dəfə 2021-ci ilin iyununda yuxu apnesi cihazlarını geri çağırdı və bunun üçün təxminən 885 milyon avro xərcə düşdü.
İl ərzində şirkətin bazar kapitallaşması demək olar ki, 46 faiz, 2021-ci ilin iyun ayından isə 63 faiz aşağı düşüb.