İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin iyun sayı təqdim olunub.
FED.az xəbər verir ki, “İxrac İcmalı”nda Azərbaycanın xidmət ixracı ilə bağlı məlumatlar da yer alıb. Məlumat verilib ki, 2019-cu ilin yanvar-may aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 18 ölkəsinə 16,1 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib. 2019-cu ilin may ayında isə “Azərkosmos” ASC dünyanın 16 ölkəsinə 2,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
“Azərkosmos” ASC-nin 2019-cu ilin yanvar-may aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Malayziya, Fransa, Birləşmiş Krallıq və BƏƏ-dir.