Satış üzrə Menecer
“Fortex” sərgi salonu artıq françayzinq sektorunda ixtisaslaşmış və dünyaca məşhur markaların etibarını qazanmış PAY GROUP şirkətlər qrupunun bir hissəsi kimi fəaliyyət göstərir.
“Fortex” sərgi salonu geniş çeşid boya və emulsiyadan tutmuş divar kağızı, qapı və qapı dəstəkləri, işıqlandırma, tekstil və mebel, mebel aksesuarları, həmçinin xüsusi xalça növlərinə qədər tikinti və hər növ dizayn məhsulları üzrə dünyada tanınmış və lüks seqmentə məxsus olan Farrow&Ball, Brillux, Giorgio Graesan, Longhi (LOVE LUXE collection), Fatih Kıral, Ercole, Legnoform, Riperlamp, Colombo, LineaCali, Alhambra, Texam, Carl Robinson, Smith&Fellows, York, KT Exclusive kimi premium klass brendlərin Azərbaycandakı yeganə təmsilçisidir:
Pay Group “Fortex” sərgi salonunda işləmək üçün Satış Meneceri vəzifəsinə namizəd axtarır.
Xüsusi vəzifə və öhdəlikləri
Məhsul və xidmətlər haqqında müştərilərə ətraflı məlumat verərək satışın həyata keçirilməsi
Satış komandasını məhsulla bağlı ətraflı məlumatlandıraraq səmərəli satışa məsuliyyət daşımaq
Sifarişlərin verilənlər bazasına əlavəsi və nəzarəti
Müvafiq departamentlərə sənədlərin hazırlanıb göndərilməsi (müqavilə, hesab faktura, qəbz)
Telefon zənglərinə cavabdehlik
Müştəri bazasını nəzarətdə saxlamaq və idarə etmək
Satış komandasının məhsuldarlığına satış hesabatları vasitəsilə birbaşa nəzarət etmək
Həftəlik aylıq və illik hesabatları Marketinq və Satış Direktoruna təqdim etmək
İşə tələblər:
Ali təhsilli
Müvafiq vəzifədə ən azı 2-3 illik iş təcrübəsi
MS Office proqramlarının təcrübəli istifadəçisi
Sərbəst Azərbaycan və Rus dillərində danışıq bacarığı (ingilis dili biliyi üstünlükdü)
Güclü ünsiyyət qurmaq, rabitə və komanda ilə işləmək bacarığı
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın (SALES MANAGER) adını qeyd edəsiniz.
PAY GROUP işçi axtarır-VAKANSİYA
16:10
28 Fev 2018