2025-ci ilin aprel ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.5 dəfə artmışdır.
FED.az bu barədə, Mərkəzi Bankın dərc etdiyi "Statistik Bülleten - Aprel 2025" sayına istinadən xəbər verir
Məlumata əsasən 2025-ci ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9 milyard 301 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 8 milyard 71 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 224 milyon manatı POS-terminallar, 4.5 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib.
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.1%-ni təşkil edib.
Qeyd edək ki, banklar və “Azərpoçt” MMC sistemləri üzrə aprel ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı mart ayına nəzərən 215 min ədəd artaraq 20 milyon 675 min ədəd olub.