Tanınmış iş adamı, Vizam.az və Pickvisa.com Startaplarının Təsisçisi olan Baba Ağayev müasir marketinq alətləri və bu sahədə dünya təcrübəsi ilə bağlı Vebinar təşkil edir. Aprelin 24-25-də təşkil ediləcək vebinarın detallarını B.Ağayev açıqlayıb:
«6 il ərzində Bakı və Dubay bazarında Marketinqlə bağlı öyrəndiklərimin ən önəmli detallarını sizinlə onlayn olaraq bölüşmək istərdim. Həmin detallar sırf nəzəriyyədən gəlib real praktikada istifadə etdiklərim olacaq. Çox detal bilmirəm amma maraqlı və önəmli detallar bilirəm.
Əslində peşə olaraq Marketoloq deyiləm, amma Startap idarəedicisi olmağım məni bu illər ərzində Marketinqin hər detalına daxil edib. Keçən il sırf işin professional nəzəri və praktik tərəflərini öyrənmək üçün Silikon Vadisində “Innovation Bootcamp” çərçivəsində dünyanın ən qabaqcıl texnoloji şirkətlərinin Marketinq Direktorlarından seminar və vorkşoplar almışam. Daha sonra Dubayda Google-un rəsmi tərəfdaşı olan Astrolabs Akademiyasında “Digital Marketing Track” Executive proqramını tamamlamışam».
Vebinar 24-26 Aprel tarixlərində olmaqla hərgün 2 saat çəkəcək. Tam Proqramın qiyməti 29 AZN-dir. Ödənişi onlayn edib, proqramı evdən çıxmadan tamamlayamaq mümkündür.
Proqram boyu aşağıdakı mövzularda bütün bildiklərimi dinləyicilərə ötürüb, suallarını cavablandıracam:
1. Qlobalda istifadə edilən Müasir Marketinq Alətləri
2. Growth Hacking nədir və siz ondan necə istifadə edə bilərsiniz?
3. Gerilla Marketinq: Qlobal və Yerli Nümunələrin Analizi.
4. Google Analitika, Google Search Console və Facebook Pixel nəyimizə lazımdır?
5. İnfluenser Marketinq nədir və onun düzgün tətbiqi.
6. Brend ətrafında cəmiyyətin formalaşdırılması. Brand Community Building.
7. Kontent, Bloqlar və onların SEO-ya təsiri.
8. Koronavirus dövründə Marketinq.
9. Vizam.az və Pickvisa.com layihələrimizdə keçdiyimiz Marketinq yolu.
10. İdeal Marketinq Komandası və Autsorsinq olunan bölümlər.
Deyə bilərsiniz ki, Coursera, Udemy və digər mənbələrdə daha professionallardan hətta pulsuz kurslar var, niyə bunu götürək? Cavab sadədir. O xarici mütəxəssislərin heç biri Azərbaycan reallıqlarını, azərbaycanlı mindsetini, müştəri davranışını bilmir. Oxuyub bitirəcəksiniz amma tətbiqetmədə çətinlik çəkəcəksiniz. Mən, bütün komandam və startaplarım isə azərbaycanlıdır. Digər səbəb əlçatan olmaqdır. Bu proqramı götürən hər bir şəxsə email və ya facebook vasitəsilə gələcək suallarını cavablandırmağa, bir növ kouç olmağa davam edəcəm. :)
Bu proqramın əsas hədəf kütləsi kimlərdir:
1. Marketinq üzrə Azərbaycanda və Xaricdə Təhsil alan tələbələr;
2. Marketinq sahəsində çalışan mütəxəssislər;
3. Innovativ Marketinq tədbiq etmək istəyən Şirkət və Startap rəhbərləri və əməkdaşları;
4. Gələcəkdə öz biznesini, startapını qurmaq istəyən şəxslər;
5. Riçard Branson həvəskarları. :)
İşləmək həmişə lazımdır. İşləyə bilmədiyimiz anlarda isə daha yaxşı işləməyi öyrənmək lazımdır. Çünki hər taunun arxasınca bir Rennesans gəlir.
Təlimçi: Baba Ağayev. Vizam.az və Pickvisa.com Startaplarının Təsisçisi.
Qeydiyyat linki: https://backpack.az/tour/210
Fed.az Oxucuları üçün 10%-lik xüsusi endirim kuponu: "FED.AZ"