İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2023-cü il ərzində əvvəlki illə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 16,3 faiz artaraq 3 milyard 206,5 milyon manat təşkil etmişdir ki, onun da 71,8 faizi əhali tərəfindən istehlak olunmuşdur.
FED.az xəbər veri ki, bu, Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilib.
Qeyd edilib ki, xidmətlərdən əldə edilən gəlirin 36,1 faizi və ya 1 milyard 158,5 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşmışdır.