Mingəçevir yüksək texnologiyalar parkının rezidenti olan "HTech Invest" şirkəti 2019-cu ildə 10.000 ədəd ACER kompüteri istehsal edərək satmışdır.
Eləcə də bax: Ötən ilin 10 ən çox satılan - AĞILLI TELEFONU – SİYAHI
FED.az xəbər verir ki, bunu HTech Invest şirkətinin kommersiya direktoru Lətif Məhərrəmov bildirib.
Onun sözlərinə görə, bu günə kimi şirkətin istehsal etdiyi məhsullar yüz minlərlə ABŞ dolları məbləğində Özbəkistan, Tacikistan və Qırğızıstana ixrac edilib. Hal-hazırda isə, Tacikistan, Özbəkistan və Gürcüstandan daha 1000 ədəd kompüterə sifarişlər alınıb.
“Cari ildə biz artıq 4 dəfə zavodun məhsullarını ixrac etmişik, bu isə, Azərbaycanın IT məhsulların etibarlı istehsalçısı kimi artan nüfuzunun bariz göstəricisidir. Yaxın gələcək üçün bizim əsas hədəfimiz IT məhsullarının ixracını milyonlarla ABŞ dolları məbləğinə artırmaqdır”.
"HTech İnvest"də 40 nəfərə yaxın əməkdaş çalışır ki, onların da böyük əksəriyyəti Mingəçevir şəhərinin yerli sakinləridir. Şirkət bölgənin böyük vergi ödəyicisidir. 2019-cu ildə şirkət ölkə büdcəsinə 1.3 milyon manatdan çox maliyyə vəsaiti ödəmişdir.
HTech Invest, dünyanın aparıcı İT avadanlıq istehsalçılarından biri olan ACER-in dəstəyi ilə 2016-cı ildən etibarən Azərbaycanda stolüstü kompüter, nettop və monoblokların istehsalını həyata keçirir.
Eləcə də bax: «Vestel» Polşadakı zavodunu satdı - MƏBLƏĞ
Marja