Aparılan axtarışlar nəticəsində ötən il Azərbaycanda internet məkanına 70 mindən çox sızdırılmış bank kart məlumatları aşkar edilib.
Kart məlumatlarının təhlükəsizliyini qorumaq üçün nələr edilməlidir?
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Kibertəhlükəsizlik üzrə davamlı inkişaf və araşdırma şöbəsinin müdiri Elman Kərimli deyib.
Onun sözlərinə görə, həmin məlumatlar dövlət orqanlarına təqdim olunub.(Apa)