Azərbaycanda ötən il xaricdən 1 milyon 143.6 minə yaxın mobil rabitə vasitələri alıb və bu 2021-ci illə müqayisədə sayda azalma olması deməkdir.
Bu il mobil operatorların gəlirləri - 10% ARTIB
2021-ci ildə ümumilikdə Azərbaycan 1 milyon 580.8 min ədəd mobil telefon vasitəsi almışdı.
FED.az Banker.az-a istinadən xəbər verir ki, statistikaya görə, 2022-ci ildə Azərbaycana gətirlən mobil vasitələrin 675.8 mindən çoxu smartfonlar təşkil edib. Smartfonların idxalı isə Azərbaycana $152.97 milyona başa gəlib.
Azərbaycan hesabat ilində idxal etdiyi smartfonların 407.9 mindən (idxal dəyəri: $90.28 mln.) çoxunu Çindən, 177.76 min ədədini ($37.61 mln.) Vyetnamdan və 88.32 min ədədini ($24.71 mln.) isə Hindistandan idxal edib.
Dövlət Statistika Komitəsi 2022-ci ildən etibarən mobil telefonlar ilə smartfonları fərqli gömrük kodu ilə statistikasını təqdim etməyə başlayıb.