Mebellərin, avadanlıqların və məişət cihazlarının satışı fəaliyyətilə məşğul olan “Optimal Elektronika” MMC 2021-ci ili 1 milyon 747 min manat zərərlə ba.a vurub. 2020-ci ilin eyni dövründə “Optimal Elektronika”nın zərəri 2 milyon 413 min manat olub ki, bu da illik müqayisədə zərərin 28% azalması deməkdir.
Eləcə də bax: “Optimal Elektronika” - CƏRİMƏLƏNİR
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə mağazalar şəbəkəsinin illik hesabatında bildirilir.
2021-ci ildə “Optimal Elektronika”nın əsas əməliyyat gəlirləri 96 milyon 128 min manat (əvvəlki ilə nisbətən 10% az), əməliyyat xərcləri 101 milyon 753 min manat (əvvəlki ilə nisbətən 12% az) təşkil edib.
Hesabat dövründə “Optimal Elektronika”nın cəmi kapitalı 9% artaraq 46 milyon 984 min manat, cəmi öhdəlikləri isə 1.5 dəfə artaraq 79 milyon 780 min manat olub.
Qeyd edək ki, 31.12.2021-ci il tarixinə “Optimal Elektronika”nın nizamnamə kapitalı 11 milyon 485 min manatdır. Təsisçilərin nizamnamə kapitalında payı 100% ilə Əsgərov Əhəd Tofiq oğluna məxsusdur.