Məşhur süni intellekt şirkəti OpenAI, "X" (keçmiş Twitter) tipli öz sosial şəbəkəsini yaratmaq üzərində işləyir.
“Bakı Marafonu 2025” “Azercell Telekom”un eksklüziv tərəfdaşlığı ilə keçiriləcək
FED.az xəbər verir ki, xarici mənbələrin verdiyi məlumata görə, layihə hələ ilkin mərhələdədir və ChatGPT-nin şəkil yaratma funksiyasına əsaslanan daxili bir prototip hazırlanıb. Layihənin ayrıca bir tətbiq kimi təqdim olunacağı, yoxsa ChatGPT-yə əlavə ediləcəyi hələ bəlli deyil.
OpenAI-nin rəhbəri Sem Altman bu ideya barədə bəzi insanlardan gizli şəkildə rəy soruşub. Əgər bu sosial şəbəkə reallaşsa, Altman ilə Elon Musk arasındakı rəqabət daha da qızışa bilər. Çünki Musk daha əvvəl OpenAI-nı almaq istəmişdi, amma Altman zarafatla cavab verərək Twitter-i almaq təklifində bulunmuşdu.
OpenAI bu sosial layihə ilə həm də Meta (Facebook-un sahibi) ilə rəqabətə girə bilər. Çünki Meta da öz süni intellekt tətbiqi üçün sosial bölmə hazırlayır. OpenAI isə bu platforma ilə həm istifadəçilər üçün faydalı paylaşımlar yaratmağı asanlaşdırmaq, həm də real zamanlı məlumat toplayaraq süni intellektini daha da təkmilləşdirmək istəyir.