OpenAI, süni intellekt ChatGPT chatbotunun istifadəyə verilməsindən sonra üç ildən az müddətdə illik gəlirini 10 milyard dollara çatdıra bilib.
“WhatsApp” və “iMessage”in rəqibi: Mask yeni “XChat Messenger”i anons edib
FED.az xəbər verir ki, bu barədə şirkət nümayəndəsinə istinadən CNBC məlumat yayıb.
Məbləğ ChatGPT-nin istifadəçi versiyasına, korporativ məhsullara ödənişli abunələrin satışı və üçüncü tərəf xidmətlərinə OpenAI texnologiyalarından istifadə etməyə imkan verən tətbiq proqramlaşdırma interfeysi olan API-yə giriş hesabına formalaşır.
Eyni zamanda, hesablamaya Microsoft-dan lisenziyalaşdırma royaltiləri və birdəfəlik böyük sövdələşmələrdən əldə olunan gəlirlər daxil deyil.
2024-cü ildə OpenAI-nin illik gəliri 5,5 milyard dollar olaraq qiymətləndirilib.
CNBC-nin məlumatına görə, şirkət bu tempə çatmaq üçün təxminən 5 milyard dollar xərcləyib. Bugünkü göstəricilərə görə, OpenAI öz gəlirindən təxminən 30 dəfə çox qiymətləndirilib.
Kanal həmçinin bildirib ki, şirkət 2029-cu ilə qədər gəlirini 125 milyard dollara çatdırmağı planlaşdırıb.
Mart ayının sonuna olan məlumata görə, OpenAI həftəlik 500 milyon aktiv istifadəçi və 3 milyon ödənişli korporativ müştərisi olduğunu bildirib. (Report)