Onlayn alış-veriş zamanı fərdi, eləcə də, bank kartı məlumatlarının ələ keçirilməsi halları ilə tez-tez rastlaşırıq.
Azərbaycanda saxta ödəniş portalı yaradılıb - XƏBƏRDARLIQ
FED.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qurum bu kimi hallardan qorunmaq və kiberdələduzların tələsinə düşməmək üçün aşağıdakı qaydalara əməl etməyini tövsiyə edib:
1) Onlayn alış-veriş zamanı hesablarınız üçün güclü və unikal şifrlərdən istifadə edin;
2) İctimai “Wİ-Fİ” şəbəkələrindən istifadə etməyin;
3) Online alış-veriş zamanı kart məlumatlarınızı brauzerlərdə və veb-saytların yaddaşında saxlamayın;
4) Ünvan xanasında <> və ya kilid işarəsi qeyd olunmayan veb-saytlardan alış-veriş etməkdən çəkinin;
5) Alış-verişi yalnız rəsmi tətbiqlər və ya rəsmi veb-saytlar vasitəsilə edin;
6) Tətbiq və veb-saytlarda alış-veriş edərkən real müştəri rəylərinə diqqət edin.