Sərt karantin rejimi dövründə onlayn sifariş və çatdırılma xidmətləri ilə bağlı ictimaiyyətin fikrini öyrənmək məqsədilə “Media Təhlil Mərkəzi” tərəfindən 12-16 yanvar tarixləri arasında sorğu keçirilib.
Eləcə də bax: Azərbaycanda pandemiya onlayn ticarətə - Necə Təsir Etdi?
FED.az xəbər verir ki, sorğuda iştirak edən 502 respondentin 50,4%-ini qadınlar, 49,6%-ini isə kişilər təşkil edib. Sorğu iştirakçılarının 38,8%-i çatdırılma xidmətlərinin keyfiyyətindən ümumilikdə razı olsalar da, respondentlərin 48,6%-i sifarişlərinin bəzən vaxtında çatdırılmadığını bildiriblər. Cavab verənlərin 12,6%-i isə sifarişlərinin arzuolunan formada çatdırılmadığını qeyd ediblər.
Sorğunun nəticələrinə əsasən, respondentlərin 74,1%-i onlayn sifarişdən ayda 5 dəfəyə qədər, 21,3 %-i 5-10 dəfə aralığında, 4,6%-i isə 10 dəfədən çox istifadə edir.
“Daha çox nə sifariş edirsiniz?” sualına cavab verənlərin 2%-i ərzaq, 7,2%-i məişət avadanlığı və elektrotexnika, 8%-i kosmetika və təmizləyici vasitələr, 19,7%-i yemək, 43,6 %-i geyim və ayaqqabı, 19,5 %-i isə digər məhsullar cavabını seçib.