“Google” şirkəti koronavirusun “Omikron” ştammının yayılması ilə bağlı narahatlıqlar səbəbilə işçilərinin ABŞ-dakı ofislərinə qayıtmasını yenidən təxirə salıb.
Eləcə də bax: “Google” əməkdaşları bu tarixədək - Evdən İşləyəcək
FED.az biznes və maliyyə xəbərləri portalı Oxu.az-a istinadən xəbər verir ki, Rəhbərlik işçilərə ünvanladığı məktubda ofis işlərinə tam qayıtmaq qərarına qiymət vermək üçün 2022-ci ilə qədər gözləmək lazım olduğunu bildirib.
Bildirilir ki, son zamanlar getdikcə daha çox işçi könüllü olaraq öz işlərinə qayıtmağa başlayıb. “Google”un ABŞ-dakı işçilərinin təxminən 40 faizi son bir neçə həftə ərzində şirkətin ofislərində işə qayıtmışdı.