Nvidia, süni intellekt dünyasında güclü artım gözləntiləri ilə dəyərini üç dəfə artırmağa hazırlaşır.
“Nvidia”nın gəlirləri rekordunu yeniləyib - 30 milyard dollar mənfəət
FED.az xəbər verir ki, analitiklərə görə, şirkət uzunmüddətli perspektivdə 10 trilyon dollar bazar dəyərinə çata bilər. Nvidia-nın yeni nəsil AI çipi Blackwell sayəsində bu böyük artıma nail olacağını proqnozlaşdırlır.
Şirkətin son bir ildəki böyük yüksəlişi və investorların qazanc gözləntiləri, səhmlərin həddindən artıq qiymətləndirilə biləcəyi düşüncəsini artırdı. Nvidia səhmləri, ikinci rübün mənfəətlərini bildirdikdən sonra təxminlərdən bir qədər aşağı düşərək 6%-ə qədər düşdü.
Bundan əlavə, Blackwell çipinin təqdimatının bir neçə ay gecikə biləcəyi xəbəri də investorların narahatlığını artırdı.
Bloomberg-ə verdiyi müsahibədə Nvidia CEO-su Jensen Huang, Blackwell-in istehsalında "səmərəliliyi artırmaq üçün böyük bir dəyişiklik" etdiklərini və bu çipdən milyardlarla dollar gəlir gözlədiklərini açıqladı. Analitiklər çipin buraxılmasının Nvidia üçün "böyük an" olacağını söyləyirlər.
Analitiklərin orta hesablamalarına görə, yaxın 12 ayda Nvidia səhmlərində 27% artım proqnozlaşdırılır. Nvidia-nın 2025-ci ildə Blackwell-in tədarük həcmlərinin açıqlanması ilə "əsl partlayış" yaşayacağı gözlənilir.