Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS televiziyasının fəaliyyətinin bərpa ediləcəyi ilə bağlı iddialara münasibət bildirib.
FED.az xəbər verir ki, N. Məhərrəmli qeyd edib ki, dünən Baş Prokurorluğun yaydığı məlumat "ANS Müstəqil və Media Yayım Şirkəti"nin fəaliyyətinin bərpası ilə bağlı deyil: "ANS-in yayımı məhkəmə qərarı ilə dayandırılıb. Apelyasiya Məhkəməsinin qərarı ilə ANS-in yayımına xitam verilib. Məsələ bununla da bitib. Belə bir məsələ bizim gündəliyimizdə yoxdur".
Eləcə də bax: ANS TV fəaliyyətini bərpa edə bilər - TELERADİO ŞURASINDAN AÇIQLAMA