Beynəlxalq Telekommunikasiya İttifaqı (International Telecommunication Union – ITU) tərəfindən ənənəvi olaraq hər il təşkil edilən “ITU Telecom World” beynəlxalq sərgi-konfransı bu gün başa çatıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən FED.az-a verilən məlumata görə, tədbirin sonunda ITU və Nazirlik arasındakı əlaqələrin 10 illiyi münasibəti ilə nazirliyə sertifikat təqdim olunub. Sertifikatda ITU ikitərəfli əlaqələri yüksək qiymətləndirdiyini vurğulayıb.
Eləcə də bax: «ITU Telecom World 2019» sərgisindəki – AZƏRBAYCAN ŞİRKƏTLƏRİ - SİYAHI
100-dən artıq ölkədən 5000-dən çox nümayəndənin iştirak etdiyi beynəlxalq tədbirdə nazir müavini Elmir Vəlizadə ITU tərəfindən gümüş medalla mükafatlandırılıb.
“ITU Telecom World 2019” beynəlxalq sərgi-konfransı artıq 3-cü gündür davam edir. Tədbirdə Azərbaycan Nazirliyin qurumları, özəl İKT şirkətləri və startaplarla təmsil olunub.
Sərginin təşkili və Milli Pavilyonun qurulmasındakı xidmətlərinə görə Dövlət Radiotezliklər İdarəsi də sertifikata layiq görülüb.
Gələn il “ITU Telecom World 2020” beynəlxalq sərgi-konfransı Vyetnamın Hanoy şəhərində keçiriləcək.
Apa