Finlandiyanın «Nokia» şirkəti 60 ildə ilk dəfə rebrendinq edərək loqotipini dəyişib.
“Nokia”nın Azərbaycan üzrə rəhbəri dəyişdi – TƏYİNAT
FED.az xəbər verir ki, şirkət rəhbərliyinin açıqlamasına görə, bu şirkətin biznes-strategiyasının dəyişməsi və daim smartfonlarla xatırlanmasının qarşısının alınması ilə bağlıdır.
Şirkətin direktoru Pekka Lundmark bildirir ki, «İndiyədək Nokia-nın adı smartfonlarla assosiasiya olunurdu, indi isə biz biznes texnologiyaları şirkətiyik».
Hazırda şirkətin rəhbərliyi hesab edir ki, biznes proseslərinin yenilənməsini uğurla başa çatdırıblar və indi «Nokia»da biznesin sürətlənməsinə və gələcəkdə qlobal liderə çevrilmək üçün işlərə başlayıblar.