Fin şirkəti HMD Global əfsanəvi qatlanan model Nokia 2720-ni yenidən “həyata qaytarmağa” hazırlaşır.
FED.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb uzun müddət bazarda ən çox tələb edilənlər sırasında qalan həmin qacetin 10 illik yubileyidir. Lakin bu cihazdan əlavə, insayderlər vaxtilə böyük tələbata malik digər bir düyməli telefonun - Nokia 110-un da yenidən hazırlandığını qeyd ediblər.
Yeniliklərdən birincisi qarşıdan gələn IFA 2019 elektronika sərgisində geniş auditoriyaya təqdim olunacaq. Yuxarıda göstərilən model ilk dəfə 2012-ci ildə bazara çıxıb, lakin indi variantlar və xarakteristikalar aktual tələblərə yaxınlaşa bilər ki, bu da cihaza olan tələbatın səviyyəsinə təsir edəcək.
TED.az